EN

Zelenski və Qərb liderləri hərəkətə keçdi: Trampın planı üzərində…

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə birlikdə 27 noyabr tarixinə qədər ABŞ sülh planına düzəlişlər etməyə çalışır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Agentliyin məlumatına görə, Zelenski Fransa, Almaniya və bir sıra digər Avropa ölkələrinin liderləri ilə birlikdə sürətli iş aparır. Onların məqsədi planın əhəmiyyətli bir hissəsini yenidən yazmaq, lakin dəyişiklikləri hələ də Vaşinqtonun məntiqinə uyğun olan “konstruktiv əlavələr” kimi təqdim etməkdir.

ABŞ sülh planı aşağıdakıları nəzərdə tutur:

Donbas ərazisinin bir hissəsinin Rusiyaya verilməsi,
Ukrayna və Aİ üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri,
Ukrayna ordusunun ixtisarı,
Kiyevin uzaq mənzilli silahlardan imtina etməsi və sair.

Eyni zamanda, Avropa liderləri Ukrayna üçün daha faydalı olan müharibəyə son qoymaq planları üzərində işləyirlər.

Vətəndaşlara müraciətində Zelenski ölkənin “çox çətin bir seçim” ilə üzləşəcəyini vurğulayıb.

Gələn həftə o, Trampla ABŞ-ın sülh planını müzakirə edəcək.

Chosen
57
50
nocomment.az

10Sources