EN

Rumıniya ordusu qırıcılarını havaya qaldırıb

Bakı. Trend:

Rumıniya ordusu iki “F-16 Fighting Falcon” qırıcısını havayaqaldırıb.

Trend xəbər verirki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatyayıb.

Bildirilib ki, Borçedə yerləşən 86 saylı aviabazadan döyüştəyyarələrinin qaldırılmasının məqsədi Ukrayna ilə sərhəddəki havaməkanının yoxlanılması olub.

Belə ki, bundan əvvəl Ukrayna-Rumıniya sərhədində döyüşəməliyyatlarının gücləndiyi və sərhədyanı İzmayıl şəhərininərazisində pilotsuz uçuş aparatlarının göründüyü barədə məlumatlaryayılmışdı.

Bununla belə Müdafiə Nazirliyi bildirib ki, dronlarınRumıniyanın hava məkanına daxil olması qeydə alınmayıb və qırıcılaryerli vaxtla 03:42 radələrində hava bazasına geri qayıdıblar.

Məqalədə:
Chosen
35
3
az.trend.az

4Sources