EN

Deputat seçisinin toyunda belə oynadı

Milli Məclisin deputatı Ceyhun Məmmədov seçisinin toyunda iştirak edib.

Publika.az xəbər verir ki, paytaxtın “Çingizxan” şadlıq sarayında baş tutan mərasimə tanınmış ictimai xadimlər, Qarabağ qaziləri, çoxlu sayda qonaq qatılıb.

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov seçicisini - Qarabağ qazisi Saday Səfərovun qızı Gülbar Səfərovanı tək qoymayıb. O, əvvəl bəylə gəlinə xeyir-dua verib, sonra isə qonaqlarla birgə rəqs edib.

Millət vəkilinin bu görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Yüzlərlə insan Ceyhun Məmmədovu “sadə və səmimi” insan kimi xarakterizə edərək, onun ünvanına xoş sözlər yazıblar.

Chosen
169
1
publika.az

2Sources