Kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızı 2000-ci il təvəllüdlü Ləman Hümbətovanın vəziyyəti ağırdır.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
“Ləmanın vəziyyəti ağır olduğu üçün yaxınları yanına buraxılmırlar”, – deyə məlumatda bildirilib.
Ləman Hümbətova ADA Universitetinin məzunudur.