Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir.

Bizim.Media