Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”ndə rol almış Yiğit Kirazcı yenidən layihəyə qayıdır.
Redaktor.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.
“Rüzgar” obrazına həyat verən aktyorun 117-ci bölümdə seriala qayıdışı gözlənilir.
Qeyd edək ki, “Kızılcık şerbeti”nin ötən həftə yayımlanan bölümündə aktyor heyətinin əsas üzvləri – “Doğa” (Sıla Türkoğlu), “Işıl” (Gizem Yanık), “Mustafa” (Emrah Altıntoprak) və “Firaz” (Batuhan Bozkurt Yüzgüleç) layihədən ayrılıblar.
Tamaşaçılar yeni bölümdə isə Seray Kaya, Hakan Karahan, Özge Borak və Yalçın Hafizoğlunu serialda izləyəcəklər.



