EN

Avropa hesab edir ki, Trampın planı Rusiyaya təzyiqdir KİV

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bəzi avropalılar hesab edir ki, ABŞ-ın sülh təklifi həm Ukraynaya, həm də Rusiyaya təzyiq göstərmək strategiyasının sadəcə bir hissəsidir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” Almaniya hökumət rəsmisinə istinadla məlumat yayıb.

Mənbə nəşrə açıqlamasında deyib ki, Almaniya kansleri Fridrix Merz ABŞ-ın Ukrayna ilə bağlı sülh planının dayanıqlı olması üçün intensiv işləyir:

“O, hesab edir ki, ABŞ Prezidenti Donald Trampın yeni planı sadəcə onun klassik strategiyasının, yəni, eyni anda hər kəsə təzyiq göstərməyinin daha bir nümunəsidir. ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyaları tezliklə qüvvəyə minəcək, Tramp həmçinin Moskvaya qarşı daha sərt tədbirlərin görülməsinə yol açacaq yeni Senat qanun layihəsini dəstəklədiyini açıq şəkildə bildirib. Son günlərdə Ukraynada Amerika hərbi məsləhətçilərinin sayında da artım müşahidə etmişik. Beləliklə, bu, ABŞ-ın hər tərəfə təzyiq göstərməyə yönəlmiş klassik ikili strategiyasıdır. Avropa indi səylərini əlaqələndirərək təsirini gücləndirməlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
axar.az

1Sources