EN

Bakıda şadlıq sarayının yaxınlığında faciə 4 ofisiant öldü

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Binəqədi şosesində yerləşən “Lake Palace Hall” şadlıq sarayının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.

“Azərişıq” ASC-dən sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
25
qafqazinfo.az

10Sources