EN

Milli Məclisin sədri Prezident və xanımını YAP ın 33 illiyi münasibətilə təbrik edib

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkəmizin siyasi həyatında müstəsna əhəmiyyətli hadisələrdən biri olub".

"Unikal" xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

"Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə partiyamızın sədri cənab İlham Əliyevi və partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıram", - deyə spiker bildirib.

Deputatlar sədrin çıxışını alqışlarla qarşılayıblar.

Anar Kəlbiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
9
unikal.az

10Sources