EN

Zelenski öz fraksiyası ilə görüşündən sonra anons verdi: “Həssas məsələlər vardı, qərarlar olacaq”

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində hakim “Xalqın Xidmətçisi” ("Слуга народа") fraksiyasının deputatları ilə keçirdiyi görüşə toxunub.

Prezident görüşdə konkret nələrin müzakirə olunduğunu açıqlamasa da, müzakirələrin həm müxtəlif, həm də “həssas suallar” ətrafında aparıldığını bildirib.

Zelenski vurğulayıb ki, ölkənin daxili vəziyyəti Ukraynanın beynəlxalq arenada daha güclü görünməsinə imkan verməlidir:

“Fərqli məsələlər vardı, aralarında çox həssas suallar da mövcud idi. Amma razılaşma aydındır: hər kəs Ukrayna üçün işləməlidir və belə də olacaq. Hərbi dövrün parlamenti işlək parlament olmalıdır. Bu imkanın qorunmasına yardım edən hər kəsə təşəkkür edirəm. Bu istiqamətdə qərarlar olacaq”, – deyə dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, hazırkı mərhələdə əsas prioritet ABŞ və digər tərəfdaşlarla konstruktiv diplomatiyanın davam etdirilməsi, eləcə də Ukraynanın müdafiə qüvvələrinin və bütün əməliyyatlarının dəstəklənməsidir.

 

Musavat.com

Chosen
47
50
musavat.com

10Sources