AZ

ABŞ-ın Ukraynadakı rəsmisi Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlama verdi...

Musavat.com xəbər verir ki, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Culi Deyvis Kiyevdə Prezident Volodimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

O, ABŞ mediasında yayılan məlumatları təsdiqləyərək bildirib ki, görüşdə müharibənin başa çatdırılması ilə bağlı “aqressiv fəaliyyət qrafiki” və Ukrayna üçün həyati əhəmiyyət daşıyan sülh planının əsas elementləri müzakirə olunub.

Diplomatın sözlərinə görə, ABŞ Prezidenti Tramp ilk gündən Ukrayna–Rusiya müharibəsinin tezliklə başa çatdırılmasını prioritet elan edib və indi Vaşinqton bu hədəfə doğru real irəliləyiş görür:

“Bu gün biz inanılmaz motivasiya ilə atılan addımları müzakirə etdik. Mən öz diplomatik karyeramda bu qədər təsirli diplomatik aktivlik tempi çox az görmüşəm. Hazırda müşahidə etdiyimiz dinamika həqiqətən impressivdir”, – deyə Deyvis vurğulayıb.

O həmçinin bildirib ki, ABŞ rəhbərliyinin prosesə cəlb olunma səviyyəsi “doğrudan da təsir edicidir” və Vaşinqton Ukraynanın təhlükəsizliyi və davamlı sülhün təmin edilməsi üçün intensiv diplomatik xətti davam etdirmək niyyətindədir.

 

Musavat.com

Seçilən
35
50
musavat.com

10Mənbələr