EN

Şahdağ Milli Parkında ağac kəsilməsi faktı - 2 nəfər müəyyən olundu

Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisində ağac kəsilməsi faktı üzrə prosessual araşdırma aparılır.

Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən olunub.

Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.

Chosen
39
4
avtosfer.az

5Sources