EN

Xatəmidən xəbərdarlıq: İran süqut edə bilər!

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə mövcud iqtisadi durum və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.

Axar.az "Azad İran"a istinadən xəbər verir ki, o, inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu deyib.

İslam Respublikasının süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edən Xatəmi ölkəni "möhkəm ağaca" bənzədib.

"Daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyub yıxılması riski var. Ümid edirəm ki, belə vəziyyət yaranmaz", - deyə sabiq dövlət başçısı bildirib.

Mövcud şəraitdə, Xatəmi idarəetmə yanaşmasının dəyişdirilməsini və "xarici təzyiqlərə təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini" ən uğurlu yol adlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
6
axar.az

8Sources