EN

Gümrü merinin oğlu naməlum istiqamətə aparıldı

Musavat.com xəbər verir ki, Ermənistanda diqqətçəkən və qalmaqallı hadisə baş verib.

Hazırda həbsdə olan Gümrü meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan polis əməkdaşları tərəfindən gözlənilmədən naməlum istiqamətə aparılıb.

Armlur-un yaydığı xəbərə əsasən, Spartak Qukasyan Şirak vilayətinin İstintaq İdarəsinə “izahat vermək üçün” çağırılıb. Lakin o, idarənin girişinə yaxınlaşan kimi vəziyyət kəskin dəyişib: bir neçə maskalı hüquq-mühafizə əməkdaşı onu əhatəyə alıb və dərhal xidməti avtomobilə mindirərək naməlum ünvana aparıblar.

Şahidlər bildirirlər ki, əməliyyat əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib və proses cəmi bir neçə saniyə davam edib. Qukasyanın ailəsi və vəkilləri baş verənlərdən xəbərsiz olduqlarını, rəsmi qurumların isə hər hansı məlumat verməkdən yayınmağa çalışdığını deyirlər.

Hazırda Spartak Qukasyanın hansı struktura aparıldığı, ona qarşı əlavə ittihamların olub-olmadığı və əməliyyatın səbəbi barədə rəsmi açıqlama yoxdur. 

 

Musavat.com

Chosen
30
musavat.com

1Sources