EN

Ağcabədidə ağır qəza Əmiuşaqları həlak oldu

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Qazel” “VAZ-21015”lə toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü, 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu, 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səylərinə baxmayaraq Elsevər Vəliyevin də həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
13
qafqazinfo.az

10Sources