EN

Gecə vaxtı oyuncaq silahla şadlıq evinin qarşısında qorxu yaratdı

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl saat 01:20 radələrində Ordubad şəhərindəki “Emin” şadlıq sarayının önündə baş verib.

Belə ki, naməlum şəxs “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən “VAZ 2107” markalı maşına doğru silah tuşlayaraq bir neçə dəfə atəş açıb. “VAZ”ın sürücüsü baş verənlərdən narahat olaraq nəqliyyat vasitəsini saxlayıb və həmin avtomobil getdikdən sonra yoluna davam edib.

Hadisə barədə polisə məlumat daxil olduqdan sonra “Mitsubishi Pajero”dan atəş açan şəxsin Ordubad şəhər sakini Hüseyn S. olması müəyyən edilib. Məlum olub ki, onun atəş açdığı silah oyuncaq imiş.

İctimai asayişi pozaraq xuliqanlıq hərəkətləri etmiş vətəndaş barəsində inzibati protokol tərtib edilib və Ordubad Rayon Məhkəməsinin qərarı ilə o, 70 manat cərimə edilərək sərbəst buraxılıb.

Aslan Vəliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
7
qafqazinfo.az

8Sources