EN

Ukraynanın tərəfdarları belə ABŞ-ın Kiyevlə bağlı planından xəbərsiz olub

ABŞ Konqresinin üzvləri, o cümlədən Kiyevin ən qızğın tərəfdarları, Amerika hakimiyyətinin Ukrayna üzrə hazırladığı tənzimləmə planından xəbərsiz olublar - onların çoxu bu barədə informasiyanı KİV-dən öyrənib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bu barədə Hill qəzeti yazır.

“Nüfuzlu Ukrayna tərəfdarlarının Konqresdə sanki heç nədən xəbəri yox idi… Bəzi qanunvericilər 28 bəndlik planın detallarını əsasən ilk dəfə bu xəbəri dərc edən Axios portalından, daha sonra isə planın detalları haqda yazan Financial Times-dan öyrənməli olublar”, - nəşr qeyd edir.

Hill yazır ki, plan barədə məlumatı bilməyənlər arasında Ukraynanın qatı tərəfdarı kimi tanınan ABŞ senatoru Lindsey Qrem də olub.

“Bu 28 bəndlik plan nədir, bilmirəm”, - qəzet Qremin sözlərini sitat gətirir.

Senator planın hazırlanmasından xəbər tutduğuna şad olduğunu desə də, qeyd edib ki, istənilən plan Ukrayna qarşısında ABŞ-ın ciddi hərbi öhdəlikləri ilə dəstəklənməlidir.

Digər respublikaçı senator Mayk Raunds isə bildirib ki, ABŞ-ın Ukrayna üzrə təklif etdiyi planla bağlı hər hansı detal görməyib.

Axios portalı 19 noyabrda mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Ukraynadakı münaqişənin tənzimlənməsi üçün Rusiya ilə “gizli məsləhətləşmələr” aparır. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ avqust ayında Alyaskada Ukrayna üzrə sülh tənzimlənməsini müzakirə ediblər və “o vaxtdan bu mövzu üzrə heç bir yenilik olmayıb”.

Financial Times-ın məlumatına görə, ABŞ-ın təklif etdiyi plan Kiyevə ayrılan Amerika hərbi yardımının azaldılmasını, kanonik Ukrayna Pravoslav Kilsəsinin rəsmi statusunun tanınmasını və rus dilinin Ukraynada dövlət dili elan edilməsini nəzərdə tutur. Bundan başqa, plan Kiyevin bütün Donbassdan imtina etməsini və Ukrayna Silahlı Qüvvələrinin ixtisar olunmasını ehtiva edir. Planda, həmçinin Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə və Kiyevə uzaqmənzilli silahların verilməsinə qadağa nəzərdə tutulur. Axios-un yazdığına görə, plana əsasən ABŞ və digər ölkələr Krım və Donbası Rusiyanın qanuni əraziləri kimi tanıyacaqlar.

Musavat.com

Chosen
14
40
musavat.com

10Sources