EN

“Hər halda, “Bu şəhərdə”dəkilərin özləri də səhvini başa düşər” Aqil Abbas

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu şəhərdə” noyabrın 14-15-də Heydər Əliyev Sarayında keçiridiyi “Ev Dar” adlı konsertində Qurban Qurbanovu uğursuz şəkildə parodiya etməklə el qınağına səbəb oldu. Sosial şəbəkələrdə aktyorlar Rafael İsgəndərovla Coşqun Rəhimov ən müxtəlif şəkildə qınağa məruz qaldı. “Football-plus.az” bununla bağlı millət vəkili Aqil Abbasın da fikrini öyrənib:

“Onlar hamını parodiya edirlər, edə bilərlər. Elə Qurban Qurbanovu da. Amma belə etmələri heç doğru deyildi. Bu formada çox uğursuz alındı. Qurbanın gözəl nitqi, yumoru, gülüşü, təmkini var. Rafael də, Coşqun da gözəl sənətkardı, Müşfiq Abbasov yaxşı produserdi, ssenaristdi. Onların parodiya etmələri normaldı. “Parni iz Baku” Heydər Əliyevi parodiya edirdi. Amma yaxşı şəkildə, Qurbana layiq parodiya etmək olardı. Qurbanı çox sevirəm, qardaşım kimi xətrini istəyirəm. Hər halda, “Bu şəhərdə”dəkilərin özləri də səhvini başa düşər, gələn dəfə yığışdırarlar”.

MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
1
icma.az

2Sources