“Football-plus.az” bununla bağlı millət vəkili Aqil Abbasın da fikrini öyrənib:
“Onlar hamını parodiya edirlər, edə bilərlər. Elə Qurban Qurbanovu da. Amma belə etmələri heç doğru deyildi. Bu formada çox uğursuz alındı. Qurbanın gözəl nitqi, yumoru, gülüşü, təmkini var. Rafael də, Coşqun da gözəl sənətkardı, Müşfiq Abbasov yaxşı produserdi, ssenaristdi. Onların parodiya etmələri normaldı. “Parni iz Baku” Heydər Əliyevi parodiya edirdi. Amma yaxşı şəkildə, Qurbana layiq parodiya etmək olardı. Qurbanı çox sevirəm, qardaşım kimi xətrini istəyirəm. Hər halda, “Bu şəhərdə”dəkilərin özləri də səhvini başa düşər, gələn dəfə yığışdırarlar”.
MÜZƏFFƏR QULUZADƏ