EN

Bakıda TDT-yə üzv ölkələrin ədliyyə nazirlərinin görüşü keçirildi

Bakıda TDT-yə üzv ölkələrin ədliyyə nazirlərinin görüşü keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyev bildirib.

“Bu gün Bakıda TDT-nin ədliyyə nazirlərinin 2-ci iclasında iştirak və çıxış etməyimdən məmnunluq duyuram. Bizim müzakirələrimiz qanun əməkdaşlığı, qurumlar arasında koordinasiyanın artırılması və türk regionunda qanunun aliliyi, şəffaflıq və ədalətin möhkəmləndirilməsi üçün müştərək səylər üzərində fokuslanıb. Bütün nazirlərə bu kollektiv səylərə töhfə verdiklərinə görə təşəkkür edirəm”, - o qeyd edib.

Chosen
11
5
musavat.com

6Sources