EN

Rusiyada Polşa səfirinə hücum olub

Sankt-Peterburqda Polşa səfiri Kşiştof Krayevskiyə hücum edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Polşa Xarici İşlər Nazirliyi təsdiqləyib.

Qeyd olunur ki, insident noyabrın 16-da, səfir Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Sankt-Peterburqa gələrkən baş verib. Günorta saatlarında o, konsulun müşayiəti ilə Müqəddəs Yekaterina İsgəndəriyyə Bazilikasındakı kilsəyə gedərkən, özünü “fəal” kimi təqdim edən bir qrup adamın əhatəsində olub. Onların əllərində Polşa və Ukrayna əleyhinə şüarlar yazılmış plakatlar daşıdıqları, daha sonra isə səfirin özünə hücum etdikləri qeyd edilir.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maciej Wievior bildirib ki, "Əvvəlcə bu, şifahi təhqir idi, lakin sonra açıq-aydın fiziki güc tətbiq etmək cəhdi oldu. Sonra təhlükəsizlik müdaxilə etdi".

O, diplomatın ciddi xəsarət almadığını da vurğulayıb.

Chosen
23
50
unikal.az

10Sources