Goranboyda yanğın hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Şəfibəyli kəndinin yaxınlığında baş verib. Belə ki kənd ərazisində açıq ərazidə yanğın başlayıb.Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddət ərzində söndürülüb.
Güclü yanğının yaxınlıqda yerləşən kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov