“Barselona”da prezidentliyə namizəd Viktor Font seçkilərdə qalib gələcəyi təqdirdə nə edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, ilk iş olaraq “İnter Mayami”nin hücumçusu Lionel Messini kluba dəvət edəcəyini bildirib:
“Biz Lionel Messini mümkün qədər tez qəbul etməli və onun istədiyi rolu alması üçün əlimizdən gələni etməliyik. Keçən həftə dediyi kimi, o rol həm də “Barselona” azarkeşlərinin onu görmək istədiyi roldur. Ona sadəcə heykəl qoymaq kifayət deyil”.
Messinin “Barselona”ya son dəfə qayıdışı sizi motivasiya edərmi?” sualına Font belə cavab verib:
“Mənim üçün, bir azarkeş kimi, bu fikrin özü belə həyəcanvericidir, amma hər şey ondan asılıdır. Edilməməli olan bir şey var: ondan istifadə etməyə çalışmaq. Məncə, Laporta bunu dəfələrlə edib və səhv şəkildə edib. Ən bariz nümunə son seçkilər idi. Bir daha yerinə yetirilməmiş vəd verilmişdi.