EN

Kaya Kallas: Brüssel Ukrayna ilə bağlı yeni planın detallarını bilmir

Ajans.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə bildirib. "Mən bu barədə heç nə bilmirəm. Hər hansı bir planın işləməsi üçün ukraynalıların və avropalıların razılığı və dəstəyi tələb olunur", - o qeyd edib. Onun sözlərinə görə, iclasda müzakirə olunacaq mövzulardan biri də Aİ-nin Rusiya ilə əlaqəli hesab etdiyi gəmilər olacaq. "Biz "kölgə donanması" ilə bağlı daha nə edə biləcəyimizi müzakirə etməyi planlaşdırırıq. Çünki bu, həqiqətən də Rusiyanın gəlirlərinə təsir edir", - K.Kallas bildirib.

Daha əvvəl ABŞ administrasiyasının Ukrayna nizamlanması üçün yeni plan hazırlayarkən Rusiya ilə gizli məsləhətləşmələr apardığı bildirilmişdi. Məlumata görə, plan dörd əsas tərkib hissəsi üzrə 28 bənddən ibarətdir: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.

Chosen
50
40
Ajans.az

10Sources