EN

AFFA təhqiri bağışlamadı

2-ci Liqada təmsilçisi "Kür-Araz" klubunun futbolçusu Asim Quliyev 4 oyunluq cəza alıb.

Fanat.Az verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu IX turda "Qaradağ Lökbatan"la matç bitdikdən sonra hakimi təhqir etdiyi üçün bu cəza ilə üzləşib.

"Kür-Araz" isə 1000 manat cərimə olunub.

Chosen
44
fanat.az

1Sources