EN

Sürət həddini aşmaq və yuxulu maşın sürmək niyə təhlükəlidir? Ekspert İZAH ETDİ VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə həftədir ki, Daxili İşlər Naziriliyi, Dövlət Yol Polisi sürücülərə müraciət edərək nəqliyyat vasitəsi idarə edərkən daha diqqətli olmağa dəvət edir. Bununla əlaqədar dəfələrlə media vasitəsilə çağırışlar da edilir.

Avtosfer.az xəbər verir ki, edilən xəbərdarlıqlara, baş verən hadisələrə baxmayaq, sürücülər hələ də sürət həddini aşmağa, qaydaları pozmağa davam edir. Nəticədə ölkəmizin qəza statistikasında sürət həddini aşmağa və yuxulu halda nəqliyyat vasitəsi idarə etməyə görə baş verən hadisələr ön sıralarda yer alır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayı zamanı bildirib ki, DYP açıq şəkildə deməsə də, qəzaların əsas səbəblərindən biri məhz sürət həddi və yuxulu halda maşın sürməkdir:

“Hadiə baş verən an əraziyə yol polisi yaxınlaşır və o gələn kimi hadisə anında sağ qalan varsa, məsələn sürücü, ilk anda o verilən suallara düz cavab verir. Ən düzgününü məhz həmin an deyir, yatmışdım, yuxuluydum və s. Sonradan vəkil tapır, kimsə ona ağıl verir, sürücü də başlayır fikirlərini dəyişməyə. Yəni, ilkin mərhələdə “fikrim telefona qarışmışdı, yatmışdım”, “yuxulu idim” söləri həqiqətdir. Yol polisi bu gün də məlumat yayıb. Yorğun halda, yatıb dincini almayan vəziyyətdə avtomobil idarə edən sürücülər barədə müraciət edib. Bu, sadə müraciət deyil, bəzi insanlar hətta bu müraciəti oxumur. Ölkəmizdə şou xarakterli xəbər olanda vətəndaşlar ona daha çox maraq göstərir. Məsələnin mahiyyətində nə durur? Sürücünün gözü yumulur artıq, yuxulayır. Amma fikirləşir ki, 5 dəqiyə çatacaq. Bir də görürsüz ki, heç yerə çata bilmir”.

Elməddin Muradlının canlı yayımdan həmin videosunu təqdim edirik.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
avtosfer.az

1Sources