EN

Azərbaycanda kiberhücumların 12%-i maliyyə qurumları ilə bağlıdır

BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycana edilən 100 kiberhücumdan 12%-i məhz maliyyə qurumları ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Mastercard”ın vitse-prezidenti Reşat Kökcen Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda deyib.

O qeyd edib ki, hücumların məqsədi eynidir:

“Bunlar işin davamlılığını pozmaq, kritik məlumatlara daxil olmaq və bu məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməkdir”.

Chosen
19
teleqraf.com

1Sources