BAKI, 20 noyabr. TELEQRAF
Azərbaycana edilən 100 kiberhücumdan 12%-i məhz maliyyə qurumları ilə bağlıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Mastercard”ın vitse-prezidenti Reşat Kökcen Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda deyib.
O qeyd edib ki, hücumların məqsədi eynidir:
“Bunlar işin davamlılığını pozmaq, kritik məlumatlara daxil olmaq və bu məlumatlardan şəxsi məqsədlər üçün istifadə etməkdir”.