EN

İsrail ordusu günlərcə davam edəcək müharibəyə hazırlaşır

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İsrail ordusu günlərcə davam edəcək müharibəyə hazırlaşır.

Bu barədə İsrailin "Kanal 13" mediası məlumat yayıb.

Məlumata  görə, ordu Hizbullahla yaşanması ehtimal olunan və günlərlə davam edəcək hərbi qarşıdurmaya hazırlaşır. 

Xəbərdə bildirilib ki, hazırda İsrail ordusunun siyasi rəhbərlikdən qərar verildiyi halda Qəzzada genişmiqyaslı quru əməliyyatına başlamağa tam hazır olduğu açıqlanıb. Bu barədə ordunun Baş Qərargah rəisi Eyal Zamir məlumat verib.

Bundan əvvəl İsrail ordusu, Qəzzanın cənubundakı Rəfah şəhərində yerləşən hərbi mövqelərinə atəş açıldığı iddiası ilə Xan Yunus və Qəzza şəhərinə hava zərbələri endirmişdi.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
azpolitika.info

1Sources