EN

Britaniyadan Ukraynanın kapitulyasiyasını nəzərdə tutan sülh planına reaksiya

BAKI, 20 noyabr. TELEQRAF

Böyük Britaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni dayandırmaq məqsədini bölüşür, amma bir məqam var.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik yazıb ki, Britaniya Xarici İşlər Nazirliyinin bu bəyanatı ABŞ və Rusiya tərəfindən hazırlanmış və Ukraynaya təzyiqlə qəbul etdirilməyə çalışılan sülh planı ilə bağlı xəbərlərdən sonra yayımlanıb.

XİN nümayəndəsi “Reuters”ə bildirib:

“Rusiya bunu sabah edə bilər, amma qoşunlarını çıxarıb qanunsuz işğalı dayandırmaqla”.

O əlavə edib ki, London Prezident Trampın bu vəhşi müharibəyə son qoymaq istəyini bölüşür.

Xatırladaq ki, plan Ukraynanın Donbas və Krımdan imtina etməsi və Silahlı Qüvvələrin sayının azaldılmasını nəzərdə tutur.

Chosen
5
teleqraf.com

1Sources