[/center]NASA "3I/ATLAS" kosmik obyektinin Yer kürəsi üçün heç bir təhlükə yaratmadığını bəyan edib.Oxu.Az xəbər verir ki, bu barədə NASA-nın elmi missiyalar üzrə direktor müavini Nikki Foks məlumat verib.
Onun sözlərinə görə, "3I/ATLAS" kometası Yerdən təhlükəsiz məsafədə yerləşir və bu, planetdən Günəşə olan məsafədən, demək olar ki, iki dəfə çoxdur.
NASA əlavə edib ki, kometa dekabrın 19-da Yerə 170 milyon mildən (270 milyon km-dən çox) yaxın olmayan məsafədə yaxınlaşacaq.
Kosmik agentlik qeyd edib ki, "3I/ATLAS" günəş sistemindən keçərkən monitorinqləri davam etdirməyi planlaşdırır. Kometanın gələn il Yupiterin orbitindən keçəcəyi gözlənilir.