ABŞ və Rusiya rəsmiləri Ukraynadakı müharibəyə son qoymaq üçün gizli şəkildə yeni plan üzərində işləyiblər.
"Operativ Məlumat Mərkəzi-OMM" "The Guardian" nəşrinə istinadən yazır ki, sənəd Kiyevin ərazi güzəştlərinə getməsini və Ukrayna Silahlı Qüvvələrinin sayının ciddi şəkildə azaldılmasını nəzərdə tutur.
Qəzet bildirir ki, plan Rusiyaya Ukraynanın siyasi və hərbi suverenliyi üzərində “misli görünməmiş nəzarət imkanları” təklif edir və Kiyevdə bu, “təslim olmaq kimi” qiymətləndiriləcək.
Planın əsas müddəaları belədir:
Ukraynanın Donbas regionunu Rusiyaya təhvil verməsi;
Ukrayna ordusunun sayının təxminən 50% azaldılması;
ABŞ-ın Kiyevə hərbi yardımına məhdudiyyətlər;
Ukrayna ordusunun istifadə edə biləcəyi silah növlərinin məhdudlaşdırılması.
"The Guardian" xatırladır ki, prezident Volodimir Zelenski bu tip şərtləri əvvəlcədən “qəbuledilməz” adlandırmışdı.
Nəşrin məlumatına görə, Ağ Ev bir neçə dəfə Rusiyayla razılaşmaya yaxınlaşmaq istədiyini bildirib, lakin Moskvanın maksimalist tələbləri sülh danışıqlarını çıxılmaz vəziyyətə salıb.
Bundan əvvəl məlum olmuşdu ki, Ağ Ev Rusiya nümayəndələri ilə gizli olaraq 28 maddədən ibarət, dörd kateqoriyaya bölünən planı müzakirə edib.
Bu gün səhər artıq ABŞ prezidenti Donald Trampın Rusiyayla keçirilən bu məsləhətləşmələr əsasında hazırlanmış planı təsdiqlədiyi açıqlanıb.