EN

Vaşinqton Zelenskiyə təzyiqi artırır

ain.az, Operativ MM portalına istinadən məlumat yayır.

ABŞ administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskiyə münaqişənin həlli ilə bağlı Vaşinqtonun yeni təkliflərini qəbul etməsi üçün təzyiqi artırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkov Kiyevin xeyrinə olmayan bir neçə bəndi əhatə edən yeni razılaşma təkliflərini “səssiz şəkildə” təşviq edir.

Nəşr qeyd edir ki, Zelenski son vaxtlar həm yaxın ətrafındakı genişmiqyaslı korrupsiya qalmaqalı, həm də Rusiyanın intensivləşən hərbi zərbələri fonunda zəifləyib. Bu amillər ABŞ-ın təzyiqi ilə birlikdə Ukrayna liderinin manevr imkanlarını azaldır və onu yeni sülh planını qəbul etməyə məcbur edə bilər.

Xüsusilə vurğulanır ki, Ukraynanın enerji sektorunda baş verən korrupsiya qalmaqalı Zelenskini ya istefa verməyə, ya da “əksər ukraynalıların qəbuledilməz hesab etdiyi” sülh razılaşmasına razılıq verməyə məcbur edə bilər.

"Washington Post" həmçinin Tramp administrasiyasının Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqun yanvar ayında postunu tərk etməsini Kiyev üçün “əhəmiyyətli zərbə” kimi qiymətləndirir.

Bundan əvvəl "Financial Times" yazmışdı ki, ABŞ-ın təklif etdiyi plan Qərbin Ukraynaya uzaqmənzilli silah tədarükünü dayandırmasını nəzərdə tutur. "The Wall Street Journal" isə planın Ukraynanın ən azı bir neçə il NATO üzvlüyündən imtina etməsini də şərt kimi irəli sürdüyünü bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
10
operativmm.az

10Sources