EN

Nebenzya: İsrailin Suriyadakı addımları bütün region üçün təhlükə yaradır

ain.az, Apa.az saytına istinadən bildirir.

İsrailin Suriyanın cənubunda “təhlükəsizlik zolağı” yaratmaq cəhdləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bütün Yaxın Şərq regionu üçün təhlükə yaradır.APA "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib.

Onun sözlərinə görə, Rusiya Suriyada davam edən terror təhdidləri ilə bağlı Dəməşqin narahatlığını bölüşür:“Suriyanın dövlətçiliyini sarsıdan və qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaradan şəxslərin və qrupların zərərsizləşdirilməsi istiqamətində Suriya hökumətinin səylərini dəstəkləyirik”, - deyə Nebenzya vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
1
apa.az

2Sources