EN

Müharibəni bitirmək gücü yalnız Trampda var – Zelenski

Ukrayna nəticəli formatlarda sülhün bərqərar olması üçün çalışmağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabındakı paylaşımında qeyd edib. O, bildirib ki, müharibəni bitirmək üçün yetərincə güc yalnız ABŞ Prezidenti Donald Trampda var.

Ukrayna dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səfərə görə  təşəkkür edib. Qeyd edib ki, Ukrayna Türkiyənin diplomatik işlərdə iştirakını və fəaliyyətini yüksək qiymətləndirir. Danışıqlar zamanı liderlər davamlı və ləyaqətli sülhə aparan real yolları ətraflı müzakirə ediblər: "Bu ilin əvvəlindən bəri biz Ukraynada Prezident Trampın bütün qətiyyətli addımlarını və liderliyini, bu müharibəyə son qoymaq üçün hər bir güclü və ədalətli təklifini dəstəkləmişik. Və yalnız Prezident Tramp və Amerika Birləşmiş Ştatları bu müharibəyə son qoymaq gücünə malikdir".

Zelenskinin sözlərinə görə, Ərdoğan müzakirə üçün formatlar təklif edib və o, bunu dəstəkləyib. Ukrayna Türkiyənin bunun üçün platforma təqdim etməyə hazır olduğunu yüksək qiymətləndirir: "Nəticə verə biləcək istənilən digər mənalı formatda işləməyə hazırıq. Lakin qan tökülməsinin qarşısını almaq və davamlı sülhə nail olmaq üçün ən vacib şey bütün tərəfdaşlarla əlaqələndirilmiş şəkildə işləməyimiz, Amerika rəhbərliyinin təsirli, güclü qalması və davamlı və xalq üçün təhlükəsizliyi təmin edəcək bir sülh yaratmasıdır".

 

Musavat.com

Chosen
55
50
musavat.com

10Sources