EN

ABŞ və Rusiyanın Ukraynada sülhlə bağlı gizli planı var?

ain.az, Azpost portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentindən Ukraynadakı münaqişəyə son qoymaq üçün sənədlərin hazırlanması ilə bağlı məlumat almayıb.

AzPost bildirir ki, bu barədə XİN sözçüsü Mariya Zaxarova Ukrayna savaşı ilə bağlı gizli planın hazrlanması barədə məlumatları şərh edərkən deyib.

Qeyd edək ki, “Politico”nun məlumatına görə, Ağ Ev, ehtimal ki, yaxın günlərdə Ukrayna və Rusiya üçün gizli sülh planını açıqlamağa hazırlaşır. Trampın komandası Moskva ilə Ukrayna və Avropanın iştirakı olmadan danışıqlar aparıb. Ağ Ev bunu Ukraynaya baş vermiş bir hadisə kimi təqdim etmək niyyətindədir və Zelenskinin təzyiq altında çox az seçiminin olacağını iddia edir.

Bu, ABŞ və Rusiyanın xüsusi elçiləri Vitkov və Dmitriyevin ABŞ-da müzakirə etdikləri 28 bəndlik sülh planıdır. “Politico”nun məqaləsinə görə, “görünür, plan Zelenskiyə Kiyevdə ABŞ Dövlət katibi ilə görüşdə baş vermiş bir hadisə kimi təqdim ediləcək”. ABŞ rəsmiləri əmindirlər ki, onlar böyük bir irəliləyişin astanasındadırlar və onlar sülh planlarını “məqbul” hesab edirlər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
28
azpost.info

10Sources