AZ

ABŞ və Rusiyanın müharibəni dayandırmaq üçün Ukraynadan yeni tələbləri – Siyahı


ABŞ Ukraynada münaqişəyə son qoymaq üçün yeni plan hazırlayıb və sənəd artıq Kiyev tərəfinə təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” və “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, sənəd Ukraynanın bəzi əraziləri Rusiyaya verməsini, müəyyən silah növlərindən imtina etməsini və Ukrayna Silahlı Qüvvələrinin sayının əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur.
FT-nin məlumatında qeyd olunur ki, plan Tramp administrasiyası və Rusiya rəsmiləri tərəfindən hazırlanıb. Sənəd 28 bənddən ibarətdir və onun üzərində həm indiki, həm də keçmiş ABŞ və Rusiya rəsmilərinin işlədiyi bildirilir. Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə Mayamidə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, keçmiş müdafiə naziri Rustem Umerovla görüşdə sənədi təqdim edib.
FT-nin əldə etdiyi layihə variantına əsasən:
-Kiyev Donbasın qalan hissəsini, o cümlədən hazırda Ukrayna nəzarətində olan bəzi əraziləri Rusiyaya verməlidir;
-Ukrayna Silahlı Qüvvələrinin sayı 50% azaldılmalıdır;
-Ukrayna əsas silah növlərindən imtina etməli, ABŞ-nin hərbi yardımı isə azaldılmalıdır;
-Rus dilinə və Rus Pravoslav Kilsəsinin (ROK) Ukraynadakı bölməsinə rəsmi status verilməlidir.


“Reuters”in mənbələri isə bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskinin sənədin əsas müddəalarını qəbul etməsini gözlədiyini bildirib.
Ukrayna rəsmiləri planın Rusiya tələblərinə “həddindən artıq yaxın olduğunu” vurğulayaraq onu “qəbuledilməz” adlandırıblar. Mənbələrdən biri Ukraynanın sənədin hazırlanmasında heç bir iştirakının olmadığını təsdiqləyib.

Murad Məmmədov
Seçilən
8
40
yeniavaz.com

10Mənbələr