“2025-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul real ifadədə 1.3%, o cümlədən qeyri-neft-qaz sektorunda 3.1% artıb. Qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrinin artımından irəli gəlib”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
“Mərkəzi Bankın iqtisadi artımla bağlı proqnozları nikbindir. Oktyabrda yenilənmiş proqnozlarımıza görə, ümumi ÜDM 2025-ci ildə 2.2%, 2026-cı ildə isə 2% artacaqdır. Qeyri-neft-qaz ÜDM 2025-ci ildə 3.7%, 2026-cı ildə isə 4.4% artacaqdır. 2025-ci ilin 10 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 2.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Xatırladaq ki, 2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.3 mlrd. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, cari əməliyyatlar hesabının profisiti 2025-ci il üzrə 3.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 4.8%-i səviyyəsində olacaq”, - AMB sədri bildirib.
"Cebheinfo.az"