EN

Səudiyyə Ərəbistanı ABŞ-dan F-35 qırıcıları alacaq

Səudiyyə Ərəbistanı və ABŞ bir sıra müqavilə, o cümlədən, strateji müdafiə sazişi imzalayıb.

Sitat.info  xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, tərəflər mülki nüvə əməkdaşlığı, minerallar, süni intellektin inkişafı və müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələrdə bir sıra müqavilə imzalayıb.

Sazişə əsasən, Səudiyyə Ərəbistanı ABŞ-dan F-35 qırıcıları və 300 ədəd “Abrams” tankı alacaq.

Chosen
42
1
sitat.info

2Sources