Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.Metbuat.az Apa-ya istinadən xəbər verir ki, nəvəsi Lalə Aslanur məlumat verib.
O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq.
Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.