EN

Rusiyanın Polşada fəaliyyət göstərən yeganə konsulluğu bağlanacaq

Polşa Rusiyanın Qdanskdakı konsulluğunu bağlayacaq.

APA Polşa mətbuatına istinadən xəbər verir ki, bu barədə polşanın xairic işlər naziri Radoslav Sikorski açıqlama yayıb.

O bildirib ki, Polşada dəmiryolu xəttində baş verən təxribatda Moskva günahkardır və Polşa Rusiyanın Qdanskdakı konsulluğunun fəaliyyətinə verilən razılığı geri çəkəcək.

Qeyd edək ki, Qdansdakı konsulluq Rusiyanın Polşada fəaliyyət göstərəfn yeganə konsulluğudur.

Chosen
55
10
apa.az

10Sources