AZ

Polşada Rusiyanın sonuncu konsulluğu bağlanır

AzVision.az xəbər verir ki, Polşanın Xarici İşlər naziri Radoslav Sikorski noyabrın 19-da Seymdə (parlament) çıxışı zamanı belə deyib.

“Yaxın saatlarda Rusiya nümayəndələrinə rəsmi nota veriləcək. Konsulluğun bağlanması Polşa müstəntiqlərinin təxribat aktı kimi təsnif etdiyi Varşava-Lublin dəmir yolu xəttinin zədələnməsinə cavabdır”,- Polşa XİN-in rəhbəri vurğulayıb.

Qdanskdakı konsulluğun bağlanmasından sonra Rusiyanin Polşada fəaliyyət föstərən yalnız bir diplomatik missiyası qalacaq:Varşavadakı səfirlik.Halbuki, Ukraynadakı müharibədən əvvəl Polşada Rusiyanın bir neçə konsulluğu fəaliyyət göstərirdi.

Onların sayı tədricən azaldı. Sonuncu dəfə Poznandakı konsulluq Polşa hakimiyyətinin yenə də Rusiya ilə əlaqələndirdiyi Vroslavdakı fabrikin yandırılması cəhdindən sonra bağlanmışdı. İndi isə növbə Polşadakı axırıncı Rusiya konsulluğuna çatdı.

Tusk: “Təxribatı Rusiya ilə əlaqəsi olan iki ukraynalı törədib”
Radoslav Sikorskinin sözlərinə görə, bu konsulluğun bağlanması Polşa hakimiyyətinin təxribata yeganə cavabı olmayacaq.

Noyabrın 18-də Polşa rəsmiləri ölkənin dəmir yolunda təxribat tördətməkdə şübhəli bilinəniki Ukrayna vətəndaşının Rusiya kəşfiyyat orqanlarının tapşırığı ilə hərəkət etdiklərini açıqlayıblar. Lakin Moskva bu ittihamları rədd edib.

Polşanın baş naziri Donald Tusk Varşavadan Lyublinə və oradan Ukrayna sərhədinə gedən dəmir yolu xəttində baş verən partlayışın“görünməmiş təxribat aktı”nəticəsində baş verdiyini vurğulayaraq,“kimin məsuliyyət daşımasından asılı olmayaraq” cavabdehlərin tapılacağını bildirib.

Bunun qarşılığında Kremlin sözçüsü Dmitri Peskov“Rusiya baş verən hibrid və birbaşa müharibənin bütün təzahürlərində ittiham olunur” cavabını verib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
21
10
azvision.az

10Mənbələr