EN

ADAU tələbələri Nizami Gəncəvi məqbərəsini ziyarət ediblər - FOTOLAR

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Zoomühəndislik fakültəsinin I kurs tələbələri universitetin təşkil etdiyi maarifləndirici ekskursiya çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini və “Qala Qapıları” Tarix-Mədəniyyət Muzey Kompleksini ziyarət ediblər.

"Unikal"
xəbər verir ki, səfərin əsas məqsədi tələbələrin milli-mədəni irs haqqında biliklərini artırmaq, dünyagörüşlərini genişləndirmək və auditoriyadan kənar sosial-mədəni fəaliyyətlərini stimullaşdırmaq olub.

Dillər Tədris Mərkəzinin baş müəllimi Lalə Abdullazadənin rəhbərliyi ilə ekskursiya zamanı tələbələrə Nizami Gəncəvinin həyat və yaradıcılığı, şəhərin qədim mədəniyyətinin formalaşması və bu irsin müasir dövrdə qorunması ilə bağlı ətraflı məlumat verilib.

Tələbələr həmçinin “Qala Qapıları” muzey kompleksində sərgilənən tarixi eksponatlarla tanış olaraq regionun çoxəsrlik mədəni irsi haqqında biliklər əldə ediblər.

Chosen
83
1
unikal.az

2Sources