EN

“ABŞ Rusiya ilə gizli danışıq aparır: Ukrayna ilə bağlı 28 bəndlik plan

“ABŞ gizli şəkildə Ukraynada müharibəyə son qoymaq üçün yeni plan hazırlayır”.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşr iddia edib ki, Trampın komandası Ukrayna ilə bağlı yeni plan hazırlamaq üçün ruslarla gizli məsləhətləşmələr aparır. Məlumatda deyilir ki, ABŞ-ın planında 28 bənd var və yüksək rütbəli rusiyalı məmur bununla bağlı nikbin olduğunu bildirib.

“Axios” mənbələri bildiriblər ki, planın 28 bəndini 4 kateqoriyaya bölmək olar: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.

Eyni zamanda, planın Donbasda ərazi nəzarəti kimi məsələləri necə həll edəcəyi də aydın deyil.

Nəşrin məlumatına görə, planın hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edir və o, Rusiya səfiri Kirill Dmitriyevlə bu planı ətraflı müzakirə edib.

Fərda Uğur

Chosen
26
35
tribunainfo.az

10Sources