EN

Yaponiyada 170-dən çox ev yararsız hala düşüb

Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Kyusyu adasındakı Oita şəhərində baş verən güclü yanğın zamanı 170-dən çox ev yararsız hala düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb. Məlumata görə, noyabrın 18-də başlayan yanğının yaşayış məntəqəsinə keçməsinin qarşısını almaq mümkün olmayıb. Yanğınsöndürənlər 12 saatdan çoxdur ki, yanğını söndürməyə çalışırlar.

Xəbərdə bildirilir ki, yanğın ətrafdakı meşələri də bürüyüb. Hadisə zamanı ziyan görən sakinlərdən 175 nəfəri evakuasiya sığınacağı kimi fəaliyyət göstərən yaxınlıqdakı icma mərkəzinə yerləşdirilib. Sakinlərdən birinin itkin düşdüyü də bildirilir.

Chosen
45
hafta.az

1Sources