EN

“my.gov” platformasının aylıq aktiv istifadəçilərinin sayı 2 milyona çatıb

Bakı, 19 noyabr, AZƏRTAC

“Bir pəncərə” prinsipinə əsaslanan “my.gov” platformasının aylıq aktiv istifadəçilərinin sayı 800 min nəfəri keçib və 2 milyona çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov IX Beynəlxalq Bank Forumunda deyib. O bildirib ki, ölkəmizin rəqəmsallaşma üzrə baxışı bu sahəyə yönəlmiş vətəndaş cəmiyyətinin, biznes mühitinin və dövlət infrastrukturun qurulmasına həsr olunub. Dövlətin həyata keçirdiyi bu siyasətin mühüm komponentlərindən biri də maliyyə sektorudur. QR standartının tətbiqi, “Açıq bankçılıq” təşəbbüsü rəqəmsallaşma transformasiyasının nəticələridir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsallaşma və innovasiya fəaliyyətinin təşkili, müvafiq rəqəmsal həllərin operatorluğunu həyata keçirir. Rəqəmsallaşmaya başlıca baxış dövlət çərçivəsində kağızsız hökumətə keçiddir. Dövlət qurumları arasında yazışmalar tam kağızsız həyata keçirilir.

Chosen
85
1
azertag.az

2Sources