EN

ABŞ və Rusiya Ukraynada müharibəyə son qoymaq üçün gizli plan hazırlayır

ABŞ və Rusiya Ukraynada müharibəyə son qoymaq üçün gizli şəkildə yeni bir plan hazırlayırlar.

AzPost bildirir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Axios Rusiya və Amerika rəsmilərinə istinadən xəbər verir ki, Tramp administrasiyası 28 maddəlik sülh planı hazırlayır və onu Moskva ilə müzakirə edir.
Sənədin şərtləri dəqiqləşdirilməyib. Yalnız onun dörd qrupa bölündüyü məlumdur: atəşkəs, Ukrayna üçün təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə münasibətlərinin gələcəyi.

Mənbələrə görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkov da sənəd üzərində işləyir. Deyilənə görə, o, planı Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ətraflı müzakirə edib.
Dmitriyevin sözlərinə görə, planın Tramp və Putin arasında növbəti görüşdən əvvəl hazır olması gözlənilir, Budapeştdə keçiriləcək potensial sammit isə təxirə salınıb.

Ukrayna rəsmisi Axios-a təsdiqləyib ki, Vitkov ötən həftə Mayamidə Zelenskinin milli təhlükəsizlik üzrə müşaviri Rustem Umerovla planı müzakirə edib. Dünən Zelenskinin “müharibəyə son qoymaq” üçün danışıqları intensivləşdirmək üçün 19 noyabr çərşənbə günü Türkiyəyə gələcəyi açıqlanıb. Stiv Vitkoffun da danışıqlara qoşulacağı gözlənilir.

AzPost.az

Chosen
24
35
azpost.info

10Sources