EN

Ukrayna Prezidenti Ankaraya səfərə gəlir

Ankara, 19 noyabr, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Ankaraya səfərə gələcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, danışıqların mövzusu İstanbul danışıqlar prosesinin bərpası və ona təkan verilməsidir.

Bu gün Ankarada Türkiyə Prezident Administrasiyasında keçiriləcək danışıqlar Ərdoğan və Zelenski arasında bu il üçüncü görüş olacaq.

Ankara dəfələrlə Kiyev və Moskva arasında müxtəlif səviyyələrdə ədalətli və davamlı sülhə töhfə verməyə hazır olduğunu bildirib.

Eyni zamanda, Türkiyə liderinin administrasiyası Türkiyə ilə Ukrayna arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha təsdiqləyib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
50
1
azertag.az

2Sources