EN

Politico: ABŞ ordusunun yüksək rütbəli rəhbərliyi Kiyevə gizli səfər edib...

Vaşinqton Ukraynanı Rusiya ilə dalana dirənmiş sülh prosesinə cəlb etməyə çalışır…

Poliqon xəbər verir ki, Politico nəşri ABŞ ordusunun iki yüksək rütbəli rəsmisinin, ABŞ ordusunun naziri Cetta Driskollun və Quru Qoşunları Qərargah rəisi general Rendi Corcun bu həftə Kiyevə gizli səfər etdiyini yazıb. Bu, Tramp administrasiyası dövründə Pentaqon nümayəndələrinin Ukraynaya ən yüksək səviyyəli səfərlərindən biri sayılır; sonuncu belə səfər fevral ayında maliyyə naziri Skott Bessentin Kiyevə gəlişi idi.

Məlumata görə, səfər çərçivəsində ABŞ rəsmilərinin Ukrayna Silahlı Qüvvələrinin komandanlığı, parlament üzvləri və prezident Vladimir Zelenski ilə görüşləri planlaşdırılır. Səfərin əsas məqsədi, mənbələrin sözlərinə görə, Ukrayna rəhbərliyini Rusiya ilə sülh prosesinin bərpasına dair Vaşinqtonun təşəbbüslərinə daha aktiv şəkildə qoşulmağa təşviq etməkdir.

Politico yazır ki, hazırda ABŞ və Ukrayna arasında dron texnologiyaları və avtonom döyüş sursatlarının birgə istehsalı və dəyişdirilməsi ilə bağlı genişmiqyaslı saziş üzərində də iş aparılır. Driskoll və Corcun səfərinin bu prosesə dəstək məqsədi daşıdığı bildirilir.

Məqalədə qeyd olunur ki, Pentaqon Ukraynanın müdafiə texnologiyalarındakı innovativ yanaşmalarını yaxından izləyir. Driskoll daha əvvəl bəyan etmişdi ki, Ukrayna yeni pilotsuz uçuş aparatları və avtonom silah sistemlərinin yaradılmasında “heyrətamiz çeviklik və yaradıcılıq” nümayiş etdirir. ABŞ ordusu isə qarşıdakı illərdə 1 milyonadək dron satın almağı hədəfləyir və Ukraynanın təcrübəsi bu istiqamətdə strateji əhəmiyyət daşıyır.

Ekspertlərə görə, səfər həm də ABŞ-Ukrayna müdafiə tərəfdaşlığının dərinləşməsinə, həmçinin savaşın gələcək mərhələsində texnoloji üstünlüyün gücləndirilməsinə xidmət edir.

Poliqon.info

Chosen
73
poliqon.info

1Sources