EN

Zelenski: Sabah Ərdoğanla görüşəcəm...

Ukrayna lideri Madriddə səfərinin detalları və Ankara ilə gündəm barədə danışıb…

Poliqon xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Madriddə keçirdiyi mətbuat konfransında sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini açıqlayıb. Ukrayna prezidenti bildirib ki, görüşün əsas mövzusu Ukraynada ədalətli və dayanıqlı sülhün əldə olunması olacaq.

Zelenskinin sözlərinə görə, Ankara ilə dialoq kifayət qədər “predmetli və əhatəli” olacaq.

“Sabah prezident Ərdoğanla görüşüm var. Biz onunla Ukraynanın ədalətli sülhü necə əldə edə biləcəyi barədə maksimum imkanları müzakirə edəcəyik. Düşünürəm ki, bu, kifayət qədər konkret söhbət olacaq”, deyə Ukrayna lideri bildirib.

Ukrayna prezidenti həmçinin Türkiyə Prezidenti ilə münasibətlərinin “yaxşı və səmimi” olduğunu vurğulayıb.

Bir sıra KİV-lər Zelenskinin Türkiyə səfəri çərçivəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla da görüşə biləcəyini yazmışdı. Lakin Zelenski bu barədə konkret fikir bildirməyib.

ABŞ-dan müəyyən siqnallar və mövqelər var. Sabah görəcəyik”, deyə Zelenski qeyd edib.

Zelenskinin Türkiyə səfərinin həm regional diplomatiya, həm də Ukraynanın təhlükəsizlik arxitekturası baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunur. Ankara son illərdə həm Kyiv, həm də Moskva ilə dialoqu qoruyub saxlayan azsaylı aktorlardan biri kimi münaqişə prosesində unikal mövqeyə malikdir.

Poliqon.info

Chosen
49
50
poliqon.info

10Sources